Tarix:   4 Oktyabr 2019 11:12            
            
        “Düdelanj” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”la matçda baş verən erməni təxribatına görə Ağdam klubundan üzr istəyib.
Qol.az xəbər verir ki, klubun rəsmi Tvitter hesabında üzrxahlıq edilərək bunlar yazıb: “Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Araşdıracağıq”. 
Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb.