Tarix: 2 May 2019 13:52
UEFA türkiyəli FİFA referisi Cüneyt Çakıra yeni təyinat verib.Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli hakim Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul" və "Barselona" komandaları arasında İngiltərədə keçiriləcək cavab matçını idarə edəcək.
Dünən oynanılan ilk görüşdə ispanlar rəqibinə 3 cavabsız qolla qalib gəliblər. Cavab qarşılaşması mayın 7-də "Enfild Roud" stadionunda olacaq.
Qeyd edək ki, bu, Çakırın 2018-2019 mövsümündə ÇL oyunlarına aldığı 7-ci təyinatdır. O, son olaraq, 1/4 final mərələsində "Mançester Siti"nin "Tottenhem"i 4:3 hesabı ilə məğlub etdiyi matçda ədaləti qoruyub.