Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 12:44
Bakı. Trend:
Hindistan Hərbi Hava Qüvvələri (HHQ) bu ilin fevral ayında yanlış olaraq öz helikopterini vurub.
Trend-in məlumatına görə, bunu ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi Rakeş Kumar Sinqh etiraf edib.
Onun sözlərinə görə, insidentlə əlaqədar iki hərbçi məsuliyyətə cəlb olunacaq. Qeyd olunub ki, hadisə ilə bağlı uzun müddət təhqiqat aparılıb.
Bu il fevralında Cammu və Kəşmir ştatında Hindistana məxsus helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olmuşdu.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin