Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dörd təkəri partlayan təyyarədə təhlükəli anlar - VİDEO

Dörd təkəri partlayan təyyarədə təhlükəli anlar  - VİDEO

Tarix: 3 Noyabr 2022 15:00

Rusiyada "Ural Hava Yolları"na məxsus A320 sərnişin təyyarəsi İrkutsk hava limanına enərkən dörd təkəri partlayıb.

Sonxeber.net bildirir ki, təyyarənin eniş anı videoya çəkilib, bunu "Sliva İrkutsk" Telegram kanalı paylaşıb.

Hadisə çərşənbə günü, noyabrın 2-də yerli vaxtla təxminən 15:30-da baş verib. Kadrlarda görünüb ki, eniş zamanı Düşənbədən uçan Rusiya təyyarəsinin şassinin altından qığılcım çıxıb, daha sonra dörd arxa təkər partlayıb. Pilotlar zədələnmiş layneri uçuş-enmə zolağında saxlaya biliblər.

Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi bildirib ki, təyyarənin göyərtəsində 83 sərnişin və 6 ekipaj üzvü olub. Ölən və ya xəsarət alan olmayıb. Hazırda müstəntiqlər və məhkəmə-tibb ekspertləri təyyarəyə və hadisə yerinə baxış keçirir, təyyarədə olan şəxslərlə müsahibə aparırlar.

İrfan Vəliyev


Etiketlər:  Dörd təkəri partlayan təyyarədə təhlükəli anlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ