Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 20:22
Türkiyənin Adana şəhərində motosiklet oğrusu saxlanılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Hüseyn adlı şəxs portağal bağında gizlənərkən yaxalanıb.
Onun iş axtarmaq adı ilə rayon ərazisindəki emalatxanalara gedərək müşahidə apardığı, sonra isə motosikletləri oğurladığı müəyyən edilib. Son bir ayda 11 ədəd motosiklet oğurlayan Hüseynin oğurluq etdiyi anlar təhlükəsizlik kamerasına əks olunub.
Nəzarətə alınan oğru polisə verdiyi ifadəsində həbs edilməsinə sevindiyini bildirib.
"Yaxalanacağımdan qorxduğum üçün evdə qala bilmirdim. Sizə görə bir aydır ailəmə həsrət qalmışdım", - deyə o qeyd edib.
Motosiklet oğrusu məhkəmə zalında həbs edilib.