Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2022 05:25
Aparıcı Fira Cəlilova dünyaca məhur "Squid game" filminin əsasında hazırlanan "Sükut oyunu" şousunda qalib olub.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki,qaliblik sevincini aparıcı qonaq olduğu "Səhər mərkəzi" verilişində bölüşüb.
Verilişin aparıcısı Afaq Gəncəlinin "Oyunda nə qədər pul uddun?" sualına Fira belə cavab verib:
"1600 manat pul uddum. Dama-dama... Əsas qalibiyyətdir. Özümə söz vermişəm ki, bundan sonra "Milyonçu" şousuna gedəcəyəm, milyon udmağa. Başqa variant yoxdur".