Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 13:54
Bakı. Trend:
2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq xidməti tərəfindən qoşun növü, birlik, birləşmə və hissələrin ərzaq xidməti rəisləri ilə “Səhra şəraitində qidalanmanın təşkili” mövzusunda nümunəvi məşğələ keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məşğələnin planına uyğun olaraq bölmənin ərzaq məntəqəsinin ərazidə açılması, səhra şəraitində yeməklərin hazırlanması, çörəyin bişirilməsi, hərbi qulluqçuların qidalanmasının təşkili üsulları praktiki olaraq nümayiş olunub, həmçinin uçot sənədlərinin düzgün aparılması və qorunması qaydaları izah edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin