Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qoruq ərazisində uşaqlara aid skeletlər tapıldı

Qoruq ərazisində uşaqlara aid skeletlər tapıldı

Tarix: 5 Noyabr 2022 09:48

Şəkidə tarixi abidədə aparılan bərpa-quruculuq işləri zamanı körpə uşaq skeletləri aşkar edilib.

Sonxeber.net bidirir ki, dünən Şəki şəhər Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən və hazırda şəbəkə sexi kimi fəaliyyət göstərən tarixi tikilidə təmir-bərpa işləri aparılarkən skeletlər üzə çıxıb.

Belə ki, Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən işlər zamanı tarixi binanın içindəki beton döşəmə təmir edilərkən 80 sm - 120 sm dərinlikdə skeletlər aşkar edilib. İlkin baxış zamanı skeletlərin körpə uşaqlara aid olması və uzun illər əvvəl oraya qoyulması müəyyən edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Qoruq ərazisində uşaqlara skeletlər tapıldı


RƏYLƏR