Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Murad şəxsi həyatından yazanlara üsyan etdi

Murad şəxsi həyatından yazanlara üsyan etdi

Tarix: 5 Noyabr 2022 11:40

Bir müddətdir ki, şəxsi həyatı ilə gündəmdən düşməyən aktyor Murad İsmayıl sosial şəbəkələrdə bu haqda rəy yazanlara üsyan edib. 

Sonxeber.net OLAY-a istinadən yazır ki, Murad instaqramda paylaşım edərək özəl məsələləri müzakirə edənləri qınayıb.

"Bəzi insanlar başqasının şəxsi həyatını müzakirə etməyi, ağıl verməyi nə çox sevirmiş. Hərdən elə rəylər yazırsınız ki doğrudan çox gülməlidir. Susuram ona görə ki, mənə belə reytinq lazım deyil...

Niyə bu marağınızı teatrdakı oynadığım tamaşalara vermirsiniz?! Mənim rol aldığım hansı tamaşaya baxmısınız? Dəfələrlə paylaşım edib sizi dəvət etmişəm. Gələnlər də var, amma çox azdır... Çəkildiyim seriala, oxuduğum hər hansı mahnıya, sənətlə bağlı fəaliyyətimə heç bu qədər maraq göstərmirsiniz. Xoş sözlər yazan, uğurlarıma sevinən, mənə dəstək olan izləyicilərimə dərin təşəkkürümü bildirirəm! Nə yaxşı ki, siz varsınız", - deyə, sənətçi bildirib. 

Qeyd edək ki, bir müddət Muradın aktrisa xanımı Ülviyyə Xəlilbəylidən küsüb-barışması mediada gündəm olub. Ülviyyə ayrılıqla bağlı danışıb, münasibətlərində problemlərini olduğunu, lakin aradan qaldırmağa çalışdıqlaırnı desə də, Murad bu mövzuda səssiz qalıb.


Etiketlər:  Murad şəxsi həyatından yazanlara üsyan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ