Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

26 yaşlı aktrisa faciəli şəkildə öldü

26 yaşlı aktrisa faciəli şəkildə öldü

Tarix: 5 Noyabr 2022 23:20

Avstraliyalı aktrisa Erika Xoy avtomobil qəzası nəticəsində vəfat edib.

Sonxeber.net axşam.az-a istinadla xəbər verir ki, hadisə 26 yaşlı aktrisa aktyorluq məşqindən qayıdarkən baş verib.

Onun avtomobili yük maşınına çırpılıb. Qəzanın ardınca sükan arxasında əyləşən 38 yaşlı Karli Eylin Riçards qaçmağa cəhd göstərib.

O, polis tərəfindən saxlanılıb və təhlükəli avtomobil idarə etmək, hadisə yerini tərk etməyə cəhd də daxil olmaqla üç maddə ilə ittiham olunub. Buna baxmayaraq, Karli hüquq-mühafizə orqanlarına hadisənin təfərrüatlarını verməkdən və maşını idarə edənin özü olduğunu təsdiqləməkdən imtina edib.

Avtomobildə aktrisanın əkiz bacısı Liza və sevgilisi də olub. Onlar xəstəxanaya yerləşdiriliblər.


Etiketlər:  yaşlı aktrisa faciəli şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ