Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 10:44
İspaniyada 32 ton narkotik maddə müsadirə edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Mülki Qvardiyanın saytında məlumat yerləşdirilib.
Bildirlilir ki, qablaşdırılmış marixuananın müsadirə edilməsi tarixdə ən böyük hadisədir.
"Mülki Qvardiya indiyə qədər aşkar edilmiş ən böyük qablaşdırılan marixuananı ələ keçirib", - deyə məlumatda bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə ediblər ki, ən azı 64 milyon avro dəyərində 32 370 kq marixuana müsadirə edilib ki, bu da bu maddənin təkcə dövlət səviyyəsində deyil, həm də beynəlxalq səviyyədə ən böyük müsadirəsi sayılır.
Açıqlamada əməliyyatın 3 mərhələdə aparıldığı, nəticədə 20-59 yaş arası 20 nəfərin saxlanıldığı bildirilib.
Polisin məlumatına görə, narkotiklər İspaniya, İsveçrə, Niderland, Almaniya və Belçikanın bəzi hissələrinə göndərilmək üçün hazırlanıb.