Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsnəmək beyin üçün faydalıdırmı? - Çox əsnəməyin səbəbləri

Əsnəmək beyin üçün faydalıdırmı? - Çox əsnəməyin səbəbləri

Tarix: 6 Noyabr 2022 23:36

Əsnəmə insana və bütün onurğalı heyvanlara xas olan bir refleksdir.

Həkimlərin müşahidələrinə görə, ilk dəfə insan ana bətnində olaraq təxminən 12-ci həftəsində əsnəyir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, əsnəməni bir neçə səbəbi var.

- Bizim orqanizmdə beyin oksigenin əsas istifadəçisidir. Oksigenin çatışmazlığı (məsələn, insan boğanaq otaqda olduqda) ilk növbədə beyinin fəaliyyətinə mənfi təsir edir. Bu zaman qoruyucu reaksiya işə salınır - insan qeyri-iradi olaraq əsnəyir və bu zaman orqanizm yığılmış karbon qazından azad olur və çatışmayan oksigeni alır.

Əsnəmə tək beynimizə yox, digər orqan və sistemlərə də müsbət təsir edir. Əsnəmə zamanı ağ ciyərlərimiz açılır və yaxşı ventulyasiya olunur, qan dövranı və mübadilə proseslər sürətlənir. Əsnəmə üz dərimiz üçün də xeyirlidir - bu həm dəri üçün gimnastik hərəkətdir, həm də dərinin oksigenlə zənginləşməsinə kömək edir. Nəticədə dərinin rəngi yaxşılaşır, xırda qırışlar açılır.

- Səhər oyandıqdan sonra əsnəmə orqanizmi aktivləşdirməyə, axşam saatlarında isə yorğunluqla mübarizə etməyə kömək edir.

- Əsnəmə stresin və gərginliyin azalmasına kömək edir. Belə ki, bir çox hallarda idmançılar məsuliyyətli yarışmalardan əvvəl, tələbələr imtahandan əvvəl, xəstələr həkimin qəbulundan əvvəl özlərindən asılı olmayaraq əsnəyirlər.

Beləliklə, əsnəmə orqanizmin təbii antistress vasitəsidir. Əsnəmə bəzi relaksasiya (özü-özünü sakitləşmə) metodikalarında istifadə olunur. Gərginliyinin öhdəsindən gələ bilməyən insana uzanmağı və bir neçə dəfə süni əsnəməyi tövsiyə edirlər.

- Passiv vəziyyətdə olan insanın (uzaq səfərə nəqliyyatda getdikdə, kimi isə oturub gözlədikdə və s.) nəfəsalması və qan dövranı yavaşıyır və bunun nəticəsində beyin oksigenin azalmasına reaksiya verir - insan əsnəməyə başlayır.

- Fəal əqli fəaliyyəti zamanı (məsələn, tələbə imtahana hazırlaşdıqda və s.) əsnəmə beyinin qoruyucu reaksiyası funksiyasını yerinə yetirir. Əgər əqli fəaliyyəti zamanı insan əsnəməyə başlayırsa, bu o deməkdir ki, beyin bir qədər dincəlmək istəyir.


Etiketlər:  Əsnəmək beyin üçün faydalıdırmı Çox əsnəməyin səbəbləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ