Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2022 07:16
"Ukraynada 4,5 milyondan çox insan işıqsız qalıb".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.
"Bu gün axşam saatlarında Kiyevdə və 6 regionda stabilləşdirici elektrik enerjisinin kəsilməsi davam edir. 4,5 milyondan çox istehlakçı işıqsız qalıb. Bu, həqiqətən də çətindir", - o deyib.
Onun sözlərinə görə, həftə ərzində enerji sektorunda vəziyyətin mümkün variantları ilə bağlı rəsmi şəxslər, enerji şirkətləri və regional administrasiyaların nümayəndələri ilə bir sıra xüsusi görüşlər keçirilib:
"Biz hər bir ssenarini ətraflı nəzərdən keçiririk və cavab tədbirləri hazırlayırıq".