Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fanatı Könül Xasıyevaya 60 min dollar verdi

Fanatı Könül Xasıyevaya 60 min dollar verdi

Tarix: 7 Noyabr 2022 12:45

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyevanın boğazında şiş aşkarlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xanəndə müalicəsi üçün lazım olan 254 min manatı toplayıb. Bu haqda Xasıyeva özü məlumat yayıb. O bildirib ki, sevənlərindən biri ona 60 min dollar verib.

Muğam ifaçısı artıq müalicəsi üçün Almaniyaya yollanacaq.

Qeyd edək ki, bundan əvvəl  K.Xasıyeva bir xanım rəfiqəsinin ona 100 min bağışladığını demişdi. O, eyni zamanda Əməkdar artist Yusif Mustafayevin 1000 dollar göndərdiyini açıqlayıb. Daha sonra isə ifaçı bir xanımın 30 min manat, Rusiyada yaşayan bir bəyin isə 20 min manat bağışladığını açıqlayıb.

Milli.Az


Etiketlər:  Fanatı Könül Xasıyevaya dollar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ