Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergiödəyiciləri hansı halda əmlak vergisindən azad edilir?

Vergiödəyiciləri hansı halda əmlak vergisindən azad edilir?

Tarix: 7 Noyabr 2022 19:06

Bir çox vergiödəyicilərinin balansında kombaynlar, traktorlar, saxlanma bunkerləri, digər bu qəbildən olan kənd təsərrüfatı texnikaları və anbarlar mövcuddur. Bunlar əmlak vergisindən azaddırmı?

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən sərbəst auditor Altay Cəfərovun sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

Məcəlləyə görə, güzəşt tətbiq edilməsi üçün vergiödəyicisi olan hüquqi və fiziki şəxs hökmən kənd təsərrüfatı ilə məşğul olmalıdır.

Kənd təsərrüfatı ilə məşğul olan vergiödəyicisinin bu fəaliyyətində istifadə etdiyi istənilən əmlakı əmlak vergisindən azaddır.

Bu fəaliyyətdən gəliri olmasa da, şirkətə 2021-ci ilin əmlak vergisi bəyannaməsində güzəşt tətbiq edilir.


Etiketlər:  Vergiödəyiciləri hansı halda əmlak vergisindən azad edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ