Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pike futbolu qırmızı vərəqə ilə tərk etdi

Pike futbolu qırmızı vərəqə ilə tərk etdi

Tarix: 9 Noyabr 2022 11:46

Karyerasında son matçında çıxan "Barselona"nın müdafiəçisi Jerar Pike futbolla qırmızı vərəqə alaraq vidalaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, La Liqanın 14-cü turunda "Osasuna"ya qalib gəldikləri matçda (2:1) meydandan qovulub. 

35 yaşlı futbolçu komanda yoldaşı Robert Levandovskinin qırmızı vərəqə almasından narazı qalaraq, oyunun fasiləsində baş hakim Xesus Xil Mandanoya yaxınlaşıb. Onların arasında mübahisə yaranıb və bu, Pikenin oyundan kənarlaşdırılması ilə nəticələnib.

Qeyd edək ki, Pike noyabrın 3-də peşəkar futboldan getdiyini açıqlayıb. O, noyabrın 5-də "Almeriya" ilə oyundan (2:0) sonra "Nou Kamp"da azarkeşlərlə vidalaşmışdı.

Milli.Az


Etiketlər:  Pike futbolu qırmızı vərəqə ilə tərk etdi


RƏYLƏR