Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2022 21:10
Belçika Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 4,96 milyon avro məbləğində maliyyə yardımı ayırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə BVF-nin baş direktoru Kristalina Georgiyeva Tvitterdə yazıb.
Onun sözlərinə görə, bu vəsait BVF tərəfindən xüsusi yaradılmış və idarə olunan hesaba köçürülüb.
BVF rəhbəri Belçikanı əmin edib ki, bu hesabda yığılan vəsaitlər qrant və ya kreditlər şəklində Ukraynanın maliyyə sabitliyini dəstəkləməyə yönəldiləcək.