Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 84 yaşlı piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü tutulub

Bakıda 84 yaşlı piyadanı vuraraq öldürən

Tarix: 11 Noyabr 2022 11:54

İki gün əvvəl piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Baku Bus"a məxsus "BMC" markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Valeh Məmişov idarə etdiyi "Bakubus"a məxsus 141 nömrəli marşrut avtobusu ilə piyada, 1938-ci il təvəllüdlü Qesabulla Dadayevi vurub.

Milli.Az


Etiketlər:  Bakıda 84 yaşlı piyadanı vuraraq öldürən Bakubus sürücüsü tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ