Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkimlər əsgərin sinəsindən qumbara çıxartdılar - VİDEO

Həkimlər əsgərin sinəsindən qumbara çıxartdılar - VİDEO

Tarix: 11 Noyabr 2022 17:18

Ukraynada hərbi əməliyyatda iştirak edən rus əsgərin sinəsindən partlamamış qumbaranın çıxarılması üzrə ən çətin əməliyyatın sonunda həkimlər gülüb. Bunu tibb xidmətinin polkovnik-leytenantı, həkim Dmitriy Kim deyib.

Milli.Az bildirir ki, onun sözləri "RT" Telegram kanalında yerləşdirilən videoda verilib.

Kimin sözlərinə görə, həkimlər döyüş sursatlarının çıxarılması üçün gözlənilən əməliyyatın təhlükəsindən xəbərdar idilər - o, bunun tibbi praktikada hər gün baş vermədiyini vurğulayıb.

"(Bərpa edilmiş) sursat bir vedrə qumun içinə düşəndə ​​hamı dərindən rahat nəfəs aldı, gülümsədi, güldü", - o deyib.

Eyni zamanda, yayımlanan görüntülərə əsasən, həkimlər əməliyyatı zirehli geyimdə ediblər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Həkimlər əsgərin sinəsindən qumbara çıxartdılar VİDEO


RƏYLƏR