Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2019 15:27
Bakı. Trend:
“Kaspersky Lab” korporativ istifadəçilərin sonuncu qurğularının qorunması üçün “yeni nəsil” həllini təqdim edib. Yenilənmiş məhsul “Kaspersky Security” avtomatik olaraq korporativ şəbəkədə anomaliyaları aşkarlayır, cihazlar üzərində fəaliyyəti məhdudlaşdırır, zərərli proqram təminatlarını aşkar edir, eləcə də, sistem administratorlarına gündəlik prosesləri avtomatlaşdırmaq üçün rahat vasitə təklif edir.
“Kaspersky Security”nin yenilənmiş versiyası özündə maşın öyrənmə alqoritmləri və təhlükənin təhlili kimi qabaqcıl texnologiyaları özündə birləşdirir. Bu, şirkətləri hətta tanınmayan hücumlardan qorunmağa imkan verir. Xüsusilə, məhsulun yeni versiyasındakı adaptasiya olunmuş anomaliyaların idarə edilməsi (Adaptive Anomaly Control) funksiyası, istifadəçilərin davranışını analiz edir və onların işlərinin ssenarilərini və yerinə yetirdikləri tipik prosesləri yadda saxlayır. Cihazların gündəlik fəaliyyətdə hər hansı bir kənarlaşma baş verdikdə, proqram anomal hərəkəti məhdudlaşdırır və bu barədə məlumatı sistem administratoruna yönəldir. Proses tam avtomatlaşdırılıb, bu da vaxt itkisinin, eləcə də, yanlış məlumatlandırmanın qarşısını almağa imkan verir.
Yeni nəsil “Kaspersky for Business” proqramında veb-təhdidlərindən qorunmaya xüsusi diqqət yetirilib. Məsələn, veb-təhdidinin qorunması komponenti (Web Threat Protection) sistemə gizli qoşulmaq üçün şifrələnmiş məlumat ötürmə kanalları istifadə edən təhdidlərin axtarışı üçün şifrli trafikləri skan edir. Bu funksiya (Web Control) həmçinin korporativ şəbəkəyə müdaxilənin aşkara çıxarılması və məhdudlaşdırılması, eləcə də 2018-ci ilin nomrə bir təhlükəsi olan – kriptovalyuta birjalarına çıxışı məhdudlaşdıran xüsusi texnologiyalara malikdir.
Həmçinin təhlükəsizlik sisteminin idarə olunmasının (Kaspersky Security Center) artıq veb versiyası təqdim olunur, yəni, sistem administratoruna idarəetmə vasitəsinə daxil olmaq üçün yalnız brauzeri açmaq lazımdır (heç bir əlavə proqram təminatı tələb olunmur). Uzaqdan idarəetmə imkanı təhlükəsizlik sisteminə nəzarəti asanlaşdırır, eləcə də administratorlara korporativ şəbəkədə baş verən istənilən hadisəyə çevik reaksiya vermə imkanı yaradır. Eyni zamanda veb-idarəetmənin istifadəsi, lokal versiya olan “Kaspersky Security Center”in tətbiqi ehtimalını da istisna etmir.
Biznes üçün nəzərdə tutulan “Kaspersky Security”nin mühüm üstünlüyü bir çox proseslərin avtomatlaşdırılmasıdır, bu da sistem administratorlarına əsas əməliyyatlarda vaxt və resursları sərf etmək əvəzinə strateji vəzifələrdə konsentrasiya olmağa imkan verir.
“Kaspersky Lab”ın məhsul marketinqi üzrə direktoru Dmitri Alyoşkin deyib: "Kibertəhlükəsizliyə cavabdeh olan komandaların üzərinə ağır məsuliyyət yükü düşür: onlar təşkilatın şəbəkəsindəki bütün qurğuların etibarlı qorunmasını təmin etməli və eyni zamanda bir sıra parametrlərdə, vəzifələrdə və məlumatlandırmalarda "itməməlidirlər". Həqiqət, hər zaman olduğu kimi hardasa ortada olur, son cihazların təhlükəsizliyi məsələsində isə həqiqət, təhdidlərin dərin analizi və daima aktiv olan proseslərin avtomatlaşdırılmasının birləşməsindədir. Məs bu mükəmməl birləşməni biz, biznes üçün “Kaspersky Security”da əldə edə bildik”.
Biznes üçün “Kaspersky Security”-nin imkanları haqqında daha ətraflı məlumat: https://www.kaspersky.com/small-to-medium-business-security/endpoint-advanced.
* Kaspersky Security Center veb konsolu Windows üçün Kaspersky Endpoint Security və Linux proqramları üçün Kaspersky Endpoint Security idarə etmək üçün mövcuddur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin