Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“BakuBus” avtobusu qəza törətdi, piyada öldü

“BakuBus” avtobusu qəza törətdi, piyada öldü

Tarix: 12 Noyabr 2022 10:10

Noyabrın 10-da saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Babayev idarə etdiyi "Baku Busa" məxsus "BMC" markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  BakuBus avtobusu qəza törətdi piyada öldü


RƏYLƏR