Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2022 14:10
G20 ölkələrinin maliyyə nazirlikləri yeni pandemiyalarla mübarizə üçün nəzərdə tutulan fondun yaradılması barədə razılığa gəliblər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə TASS İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikinə istinadən məlumat yayıb.
24 ölkə və təşkilat qlobal fondun inkişafı üçün 1,4 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb.
İndoneziya Səhiyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, yaxın 5-10 ildə bu məbləğ 10 milyarda qədər arta bilər.
Plana görə, bu vəsait yoxsul ölkələr arasında bölüşdürülməlidir.
Bu pul peyvənd, dərman və sınaq avadanlığının alınmasına sərf olunacaq.