Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Komitəsi İranın casus şəbəkəsinin ifşasına münasibət bildirdi

Dövlət Komitəsi İranın casus şəbəkəsinin ifşasına münasibət bildirdi

Tarix: 14 Noyabr 2022 12:21

İran İslam Respublikası tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil. Biz bunu müstəqilliyimizin ilk illərindən hiss etməkdəyik.

Sonxeber.net bildirir ki, bunu noyabrın 14-də Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Azərbaycan: birgəyaşayış nümunəsi" mövzusunda konfrans zamanı jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

S.Heydərov vurğulayıb ki, buna qarşı da aidiyyatı dövlət orqanları, o cümlədən təhlükəsizlik orqanları tərəfindən həmişə xüsusi tədbirlər keçirilib və bu proses daima diqqət mərkəzində saxlanılır.

Onun sözlərinə görə, təcrübə onu göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur. "Çünki o ölkələrdə verilən təhsil özlərinin siyasətinə xidmət edir, orda təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar. Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat Universiteti fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır", - deyə o əlavə edib.

Son zamanlarda İran hökumətinə çalışan casus şəbəkələrinin ifşa edilməsi ilə bağlı sualı cavablandıran S.Heydərov qeyd edib ki, bu, həmişə olub.

O vurğulayıb ki, bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq.

"Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək", - deyə o qeyd edib.


Etiketlər:  Dövlət Komitəsi İranın casus şəbəkəsinin ifşasına münasibət bildirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ