Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 15:34
Dünya mediasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Balidə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Lavrov isə, öz növbəsində hazırda hoteldə olduğunu bildirib.
"Mən hoteldəyəm. Sabahkı sammit üçün materiallar oxuyuram", - deyə Lavrov qeyd edib.
Lavrovun hoteldə olmasını əks etdirən görüntüləri isə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında paylaşıb.
Xatırladaq ki, noyabrın 15-16-sı Bali adasında G20 sammiti keçiriləcək. Rusiyanı sözügedən sammitdə S. Lavrov müşayiət edir.