Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2022 11:12
2022-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858,7 min manat vergi daxil olub.
Qurumdan Sonxeber.net-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1 faiz və ya 6,6 milyard manatdan çox artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211,5 min manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz və ya 1,6 milyard manat çoxdur.