Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2022 19:52
Hindistanın Madhya Pradeş ştatının Şahdol şəhəri yaxınlığında pələng doqquz yaşlı qızı nənəsinin gözü qarşısında düyü tarlasından qaçıraraq parçalayıb.
Sonxeber.net bildirir ki, bu barədə Hindustan Times məlumat yayıb.
Doqquz yaşlı Punam Qond nənəsi və bacıları ilə tarlada düyü yığıb. Birdən pələng uşağa hücum edib. Qızın nənəsi Terasiya Qond hücumun gündüz baş verdiyini deyib. "Mən Punamın qışqırdığını eşitdim və onun əlini oraqla kəsdiyini düşündüm. Dönüb baxdım ki, pələng onu tarlada sürüyür. Mən köməyə çağırmağa başladım, kəndlilər qaçaraq qızı xilas etməyə çalışsalar da, pələng onu tutub meşəyə aparıb və orada öldürüb".
Daha sonra yerli sakinlər və səlahiyyətlilər qızın cəsədini meşədə tapıblar. Hazırda meşə təsərrüfatının əməkdaşları pələngin hərəkətini izləməyə başlamaq üçün onu tapmağa çalışırlar. Rayon meşəbəyi Qaurav Çaudhari də bildirib ki, Bandhavqarh qoruğundan üç və ya dörd pələng meşə təsərrüfatına daxil olsa da, bu, regionda insan-vəhşi təbiət münaqişəsinin ilk hadisəsidir.
Meşə təsərrüfatının nümayəndələri bildiriblər ki, mərhumun ailəsinə 400 min rupi (5 min dollara yaxın) məbləğində təzminat ödəniləcək.
İrfan Vəliyev