Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızını xilas edərkən öldü

Qızını xilas edərkən öldü

Tarix: 16 Noyabr 2022 17:38

Hindistanın Djarakhand əyalətinin sakini öz həyatı bahasına qızını zəhərli ilandan xilas edib, amma sürünənin sancmasından ölüb.

Milli.Az bildirir ki, bu barədə "Lagatar" məlumat yayıb.

Sarita Devi iki yaşlı qızı ilə birlikdə Nalkari çayına çimməyə gedib. Çayın sahilində ana övladına doğru sürətlə sürünən bir ilan görüb. Çaydakı digər çimənlər nə baş verdiyini anlamadan Devi ilanın qızına çatmaması üçün onun üstünə tullanıb.

O, qızını xilas edə bilsə də, ilan onu üç dəfə sancıb. Hindistanlı qadın Rançidəki xəstəxanaya aparılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, qadın dünyasını dəyişib.

Qadınla vida mərasimi Nalkari sahilində keçirilib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qızını xilas edərkən öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ