Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” mənim üçün darıxır” - Gerye

“Qarabağ” mənim üçün darıxır” -  Gerye

Tarix: 5 Oktyabr 2019 22:24

“Son dəfə müsahibə verəndə də demişdim ki, biz çox çalışmalıyıq. Yüz faiz formada olmağın yeganə yolu budur. Bu gün qələbə qazandıq. Oyunumuzdan narazı qala bilmərəm. Əgər matç heç-heçə bitsəydi, biz heç xoşbəxt olmazdıq. Qələbə üçün meydana çıxmışdıq və 3 xalı qazandıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Donald Gerye Premyer Liqanın 7-ci turunda bu gn evdə "Səbail”i məğlub etdikləri oyundan (2:1) sonra jurnalistlərə açıqlamasında deyib.

Haitili müdafiəçi layiqli nəticə qazandıqlarını söyləyib: “Deməzdim ki, biz meydanda nədənsə qorxurduq. Sadəcə, biz də insanıq, 90 dəqiqə ərzində yorula bilərik. Ancaq sona qədər vuruşub, layiqli nəticə qazandıq”.

D.Gerye "Sabiq komandanız “Qarabağ” üçün darıxırsınızmı” sualına belə cavab verib: “Məncə, “Qarabağ” mənim üçün darıxır. Mən “Qarabağ”da çıxış etmişəm və indi də onun Avrokuboklardakı oyunlarını izləyirəm”.

 


Etiketlər:  Qarabağ mənim üçün darıxır Gerye


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ