Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da yaşayış binasında partlayış olub, xəsarət alanlar var

ABŞ-da yaşayış binasında partlayış olub,  xəsarət alanlar var

Tarix: 17 Noyabr 2022 08:42

Çərşənbə günü ABŞ-ın Merilend ştatının Qeytersburq şəhərində yaşayış binasında baş verən partlayış və yanğın nəticəsində ən azı 12 nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Montqomeri dairəsinin yanğınsöndürənlərinə istinadən "FOX 9" telekanalı məlumat yayıb.

Yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, 10 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan ikisinin xəsarətləri ağırdır.

Partlayış nəticəsində bir ev uçub, yaxınlıqdakı bəzi tikililərə də ciddi ziyan dəyib. Evdən ümumilikdə 24 mənzil təxliyə edilib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Milli.Az


Etiketlər:  ABŞ da yaşayış binasında partlayış olub xəsarət alanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ