Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 22:12
Avropa İttifaqının (Aİ) Türk Dövlətləri Təşkilatının (TDT) işinə müdaxilə etməyə haqqı yoxdur.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi üzv olmasına dair qərarı pisləməsini şərh edərkən bildirib.
O qeyd edib ki, Aİ və ABŞ ilk növbədə Yunanıstanın və Kiprin yunan administrasiyasının əldə olunmuş razılıqları pozmasına göz yummamalıdır.