Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 13:40
Rusiya növbəti səfərbərlik dalğasını gözləyir. Ancaq bu, sonda Ukraynada cəbhəyə köçürülən rus qoşunlarının ümumi keyfiyyətini pisləşdirəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Müharibənin Tədqiqi İnstitutu (ISW) məlumat yayıb.
"Gizli səfərbərliyin davam etdirilməsi və cari payız çağırışı ilə tandemdə növbəti səfərbərlik dalğasına hazırlıq, çox güman həddən artıq yüklənmiş Silahlı Qüvvələrin Rusiyanın aparatının formalaşmasında gərginliyə səbəb olacaq", - məlumatda deyilir.
Analitiklər xatırladıb ki, Kreml artıq Vladimir Putinin səfərbərlik müddətinin rəsmən başa vurulması haqda fərman imzalamağına ehtiyac olmadığı barədə məlumat yaymışdı. Güman ki, Putin əmr edib ki, hərbi xidmətə çağırış üçün bürokratik və inzibati imkanlardan azad etmək məqsədilə çağırışçıların qismən səfərbər olaraq adlandırılması dayandırılsın.