Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 18:36
Rusiyada, Kubanda Rusiya Daxili İşlər Nazirliyinin Şerbinovski rayonundakı növbətçi hissəsinin əməliyyat növbətçisinin 35 yaşlı köməkçisi avtomobili ilə 47 yaşlı qadını öldürüb.
Sonxeber.net bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə istintaq idarəsindən məlumat verilib.
Məlumata görə, noyabrın 13-də axşam saatlarında sərxoş polis Krasnopartizanskaya küçəsində "Nissan" markalı avtomobili idarə edib. O, məsafəni saxlamayıb və idarəetməni itirib. Nəticədə asayiş keşikçisi eyni istiqamətdə hərəkət edən velosipedçi qadını vurub. Hadisə şahidləri təcili yardım çağırsalar da, zərərçəkən dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, qurban iki uşaq anası olub, böyüyü ağır xəstədir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsinin 4-cü hissəsinin "a" bəndi ilə iş başlanıb. İndi sürücü həbsdədir.
İrfan Vəliyev