Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 13:32
Sumqayıtda 90 ailənin yaşadığı binaya istilik verilmir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, söhbət Sumqayıtın 17-ci mikrorayonundakı 63 saylı binadan gedir.
Sakinlər deyirlər ki, noyabr ayının 15-dən istilik veriləcəyi sözünü eşidəndə seviniblər. Amma artıq dörd gündür 63 saylı binada istilik bərpa edilməyib.
Sakinlər məcburən müxtəlif qızdırıcılardan istifadə edirlər.
Bina sakinləri aidiyyəti qurumlara dəfələrlə müarciət ediblər. Onlara binanın zirzəmisindən 30- dan çox vintelin oğurlandığını və materialların sakinlərin öz vəsaitləri hesabına təmin ediləcəyi təqdirdə problemin həll olunacağı deyilib.
"Azəristiliktəhcizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallının sözlərinə görə, binanın zirzəmisindəki oğurluq barədə mənzil istismar sahəsinə və Sumqayıt şəhər polis idarəsinə məlumatda verilib. Bu günə kimi məsələ öz həllini tapmayıb. Sözügedən məmulatlar təmin edilərsə Sumqayıt istiliktəhcizat idarəsi tərəfindən problem dərhal aradan qaldırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: