Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2019 20:24
“Bu oyunu udmaq yaxşı olardı. Bu cür həyəcanlı keçən oyundan 1 xalla ayrıldıq. İlk hissədə də epizodlarımız vardı. İstifadə edə bilsəydik, daha yaxşı olardı. İkinci qolu vurduqdan sonra da vaxtımız oldu. Rəqibin sıx oynamağı bizə problem yaratdı. Bir az da gücümüz çatmadı".
Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ” ilə oyundan (1:1) sonra deyib.
O bildirib ki, ilk dövrəni 10 xalla bitirmək istəyirdilər: "Getdikcə çempionatın gərginləşdiyini görürük”.