Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İlk dövrəni 10 xalla bitirmək istəyirdik" - Samir Abasov

Tarix: 6 Oktyabr 2019 20:24

“Bu oyunu udmaq yaxşı olardı. Bu cür həyəcanlı keçən oyundan 1 xalla ayrıldıq. İlk hissədə də epizodlarımız vardı. İstifadə edə bilsəydik, daha yaxşı olardı. İkinci qolu vurduqdan sonra da vaxtımız oldu. Rəqibin sıx oynamağı bizə problem yaratdı. Bir az da gücümüz çatmadı".

Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ” ilə oyundan (1:1) sonra deyib.

O bildirib ki, ilk dövrəni 10 xalla bitirmək istəyirdilər: "Getdikcə çempionatın gərginləşdiyini görürük”.

 


Etiketlər:  İlk dövrəni 10 xalla bitirmək istəyirdik Samir Abasov


RƏYLƏR