Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona” darmadağın oldu, “Mançester Siti” uduzdu

“Barselona” darmadağın oldu, “Mançester Siti” uduzdu

Tarix: 26 Noyabr 2025 09:14

UEFA Çempionlar Liqasının Liqa mərhələsində V turun daha yeddi qarşılaşması baş tutub.

Sonxeber.net-ın məlumatına görə, turun ən böyük sürprizi İngiltərədə qeydə alınıb. "Mançester Siti" öz meydanında Almaniyanın "Bayer" komandasına 0:2 hesabı ilə məğlub olub. Günün ən diqqətçəkən nəticələrindən biri isə London "Çelsi"sinin "Barselona" üzərindəki inamlı qələbəsi olub - 3:0.

Azərbaycan təmsilçisi "Qarabağ" isə İtaliya səfərində "Napoli"yə müqavimət göstərə bilməyib və oyunu 0:2 hesabı ilə uduzub.

Digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

UEFA Çempionlar Liqası
Liqa mərhələsi - V tur
25 noyabr

"Mançester Siti" (İngiltərə) - "Bayer" (Almaniya) - 0:2

"Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya) - 3:0

"Borussiya Dortmund" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 4:0

"Napoli" (İtaliya) - "Qarabağ" (Azərbaycan) - 2:0

"Slaviya" (Çexiya) - "Atletik" (İspaniya) - 0:0

"Budyo Qlimt" (Norveç) - "Yuventus" (İtaliya) - 2:3

"Marsel" (Fransa) - "Nyukasl" (İngiltərə) - 2:1**

Turun nəticələrinə əsasən, bir sıra komandalar növbəti mərhələ üçün mövqelərini möhkəmləndiriblər.

Tural


Etiketlər:  Barselona darmadağın oldu Mançester Siti uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ