Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qidadan uzaq durun - Bədənə gizli təsirləri VAR

Bu qidadan uzaq durun - Bədənə gizli təsirləri VAR

Tarix: 26 Noyabr 2025 04:06

Mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik həyatda "günahsız" görünən bir çox qidada gizlənən fruktoza orqanizm üçün ən təhlükəli maddələrdən biridir.

Sonxeber.net xəbər verir ki, xüsusilə yüksək fruktoza qarğıdalı siropu (HFCS) bədəndə ciddi metabolik pozuntulara yol açır.

Daxili Xəstəliklər Mütəxəssisi Dr. Erkan Sarıyıldız bildirir ki, fruktoza qaraciyərdə sürətli yağlanmanı artırır, insulin müqavimətini gücləndirir, sidik turşusunu yüksəldir, hüceyrə səviyyəsində erkən qocalmanı sürətləndirir, alkoqolsuz yağlı qaraciyər xəstəliyinə səbəb ola bilər.

Həkimin sözlərinə görə, insanlar şəkəri yalnız şirniyyatda və içkilərdə axtarırlar, lakin souslardan tutmuş səhər yeməklərində istifadə edilən yulafa, bişmiş məhsullardan etiketli qidalara qədər bir çox məhsul gizli şəkərlə doludur.

Fruktozanın çox qəbulu zamanla 2-ci tip diabet, metabolik sindrom və ürək-damar xəstəlikləri riskini artırır. Mütəxəssislər sağlam qalmaq üçün etiketləri diqqətlə oxumağı və yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilən qidalardan uzaq durmağı tövsiyə edir.


Etiketlər:  qidadan uzaq durun Bədənə gizli təsirləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ