Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış futbolçunun evi qarət edildi

Tanınmış futbolçunun evi qarət edildi

Tarix: 25 Noyabr 2025 23:40

İtaliyanın "Kremonese" klubunda çıxış edən futbolçu Ceymi Vardinin evi qarət olunub.

Sonxeber.net xəbər verir ki, hadisə A Seriyasının XII turunun "Kremonese" - "Roma" oyunu zamanı baş verib.

Mənbənin bildirdiyinə görə, ingiltərəli futbolçuya dəyən ziyan 80.000 funt sterlinqdir. Oğrular saat, zinət əşyaları, pul və digər qiymətli əşyaları götürərək qaçıblar.

Qeyd edək ki, bu mövsümdən "Kremonese" klubunda çıxış edən Vardi 8 matçda 2 qol vurub. 38 yaşlı hücumçu 2012-ci ildən 2025-ci ilə qədər ölkəsinin "Lester Siti" klubunda forma geyinib. O, sabiq komandasının heyətində müxtəlif yarışlarda 500 oyun keçirib və 200 dəfə rəqib qapılarına yol tapıb.


Etiketlər:  Tanınmış futbolçunun qarət edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ