Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2025 12:15
Aparıcı Mikayıl Güləddinoğlunun idarə etdiyi toy mərasimində təhlükəli anlar qeydə alınıb.
Sonxeber.net xəbər verir ki, məlumata görə, mərasim zamanı şadlıq sarayının zalında qəfil yanğın baş verib.
Belə ki, zalda quraşdırılan işıq avadanlıqlarından biri alışmağa başlayıb və qığılcımlarla birlikdə yanan hissələr yerə düşüb.
Hadisə səbəbindən qonaqların dərhal təxliyəsi elan edilib. Mikayıl Güləddinoğlu isə səhnəyə çıxaraq hər kəsi sakit şəkildə, təcili olaraq məkanı tərk etməyə çağırıb.
Xoşbəxtlikdən yanğın böyümədən qarşısı alınıb və mərasim iştirakçıları zərər görmədən binadan çıxarılıb.
Musa