Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən də istəyərdim nöqtə boyda burun etdirim''

''Mən də istəyərdim nöqtə boyda burun etdirim''

Tarix: 25 Noyabr 2025 07:10

"Aparıcılarda efir, mikrofona düşən səs olmalıdır. Səs ora düşməlidir və onunla yaşamalıdır".

Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Ofelya Sənani "Bir gün" proqramında deyib. Diktor plastik əməliyyat etdirənlərdən danışıb.

O, bildirib ki, efirə çıxanların əksəriyyəti süni görünür:

"Çox pisdir. Elə bilirlər bilmirik? Baxan kimi başa düşürük ki, burun da, nədə əməliyyatdır. Olmaz, bu burunu Allah üz quruluşuna uyğun verir. Gözün də quruluşun dəyişirlər, qıyılır. Olmaz. Həyatda necə yaranmısansa eləsən. Qeyri-adi işlər görürsən. Gedirlər dodaq qoyurlar, kifirləşirlər. Təbii ol. Mən də istəyərdim nöqtə boyda burun etdirim. Amma edərəm? Yox".

Səhhətindən danışan O.Sənani "Beynimdə qansızma oldu, infrak keçirtmişəm. 4 ay tərpənmədim. Qaşıqla çay içizdirirdilər. Amma düşünmüşəm ki, ayağa durmalıyam. İradəm olduğu üçün sağaldım. Həkimlər bacıma, qardaşıma tapşırırdılar ki, ürəyindən ehtiyatlı ol, pisdir. Həkimlər deyir ki, iradən möhkəmdir" sözlərini deyib. (Axşam.az)


Etiketlər:  Mən istəyərdim nöqtə boyda burun etdirim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ