Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bacımın ölümünü qızından gizlətdik”

“Bacımın ölümünü qızından gizlətdik”

Tarix: 25 Noyabr 2025 00:55

"Ölümünü qızından 3 gün gizlətdik, sonra fikirləşdim ki, haradasa qarşısına çıxar. Bizdən eşitməyi daha yaxşıdır".

Sonxeber.net xəbər verir ki, bu sözləri "Elgizlə izlə"də  mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı deyib. Ülkər bacısı Ülviyyənin vəfatından danışıb:

"Anam bacım qızına dedi, uşaq iki gün şokdan ayılmadı, biz ona izah edirik, çox güclüdür, ağıllı qızdır. Dəridən-qabıqdan çıxmışam, nəsə alıb gətirirəm, dedi ki, xala başa düşmürsən, bunlar anamın sevgisini əvəz edə bilməz, sadəcə anamın koftasını verin. Gəlincik aldıq, ona geyindirib. Həmin gecə bacım özü zəng etmişdi, dedi, anam gəlsin. Sonra Gülnar zəng etdi ki, xala, anamın yıxılmaq səsinə oyanmışam, kameranı çevirdi, baxdım ki, yerdə uzanıb. Bacım qızına dedim ki, qonşunu çağır, o da həkimdir, gəlib ürək masajı edib. Mənlə danışanda dedi ki, təzyiqim 100-ün 70-ədir, amma ölçüblər ki, 40-ın 25-ə düşüb. Ülviyyə çox emosional idi, ailəsinə bağlı idi".

Ülkər bacısı ilə həyat yoldaşının ayrılığından da söz açıb:

"Bacım onu çox sevirdi, uşaq da atasını istəyir. Bu, Ülviyyə ilə həyat yoldaşı arasında olan problem idi. O, da çox peşmandır, deyir, kaş, belə olmazdı. Bacım ondan aliment istəmirdi. Tamam başqa cür qız idi, mənimlə onun arasında çox fərq var idi. 15-i bacım dünyasını dəyişdi, 22-i atamın ölüm ildönümüdür, ad günləri arasında da eyni fərq var".


Etiketlər:  Bacımın ölümünü qızından gizlətdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ