Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2025 23:26
İtaliyanın "Napoli" klubu "Qarabağ"la oyuna ciddi hazırlaşır.
Sonxeber.net xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis böyük tarixə malik komandaya qarşı mübarizə aparacaqlarını söyləyib:
"Rəqib komandanın çalışdırıcısı Antonio Konte çox böyük məşqçidir. Mübarizə aparacağımız komanda çox təcrübəlidir. Bu matç bizim üçün çox vacibdir. "Napoli" Çempionlar Liqasının turnir cədvəlində öz mövqeyini yaxşılaşdırmağa çalışacaq. Bizimlə oyuna çox ciddi hazırlaşır. Rəqib komandanın baş məşqçisi hər oyuna diqqətli yanaşır. Onu çox yaxşı tanıyıram və salamlarımı çatdırmaq istəyirəm. Matça pis hazırlaşmamışıq. İstəyirik ki, sona qədər layiqli mübarizə aparaq".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.