Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2025 18:10
Son günlər ailə məsələləri ilə bağlı yayılan xəbərlərlə diqqət mərkəzinə düşən müğənni Səidə Dadaşova sosial şəbəkədə yeni paylaşımı ilə izləyiciləri təəccübləndirib.
Sonxeber.net xəbər verir ki, sənətçi həyat yoldaşı ilə birlikdə çəkdirdiyi səmimi videonu öz sosial hesabında yayımlayıb. Kadrlarda cütlüyün bir-birinə mehriban davranışı diqqəti çəkir.
Səidə videoya həyat yoldaşına ünvanladığı sevgi dolu fikirlərlə müşayiət edən qeyd də əlavə edib:
"Sənin qabırğan olum, kocam da kocam. Oxunan musiqimsən".
Paylaşım qısa zamanda izləyicilər arasında geniş reaksiyaya səbəb olub və sosial mediada müzakirələr doğurub.
Müğənninin bu addımı onun ailəsi ilə bağlı son günlər yayılmış gərginlik iddialarına cavab kimi qiymətləndirilir.
Musa