Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir

İlham Əliyev: Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir

Tarix: 24 Noyabr 2025 11:32

Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir.

Sonxeber.net xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.


Etiketlər:  İlham Əliyev Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ