Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2025 10:12
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik mənəvi dəyərlərə uyğun olmayan paylaşımlar və qeyri etik çağırışların edilməsi ilə bağlı yeni cərimələr müəyyən edilə bilər.
Sonxeber.net xəbər verir ki, bu barədə məsələ Milli Məclisdə müzakirəyə çıxarıllb.
İnzibati Xətalar Məcəlləsinin "Xırda xuliqanlıq" maddəsinə yeni hissələr əlavə olunur. Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında təqdim edilib.
Təklifə görə internet resurslarında və sosial şəbəkələrdə kütləvi nümayiş etdirilən ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik yaradan hərəkətlərə görə 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulur. Bu hallara qeyri etik ifadələrin səsləndirilməsi belə məzmunu xatırladan jestlərin göstərilməsi və insan bədəninin hissələrinin mənəvi dəyərlərə zidd formada təqdim edilməsi daxildir. Zəruri hesab olunduqda şəxsiyyətdən asılı olaraq otuz günədək inzibati həbs də tətbiq oluna bilər.
Həmin pozuntuya görə inzibati tənbeh almış şəxsin eyni hərəkəti bir il ərzində təkrar etməsi daha ağır məsuliyyət yaradır. Bu halda 1000 manatdan 2000 manatadək cərimə tətbiqi nəzərdə tutulur. Tənbeh kifayət etmədikdə bir aydan iki ayadək inzibati həbs də mümkün sayılır.
Sənəddə göstərilir ki yeni maddələr yalnız həmin əməllər Cinayət Məcəlləsinə əsasən cinayət tərkibi yaratmadıqda tətbiq ediləcək.