Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Osimhenlə ilə bağlı ''Qalatasaray''a pis xəbər

Osimhenlə ilə bağlı ''Qalatasaray''a pis xəbər

Tarix: 24 Noyabr 2025 14:02

Türkiyə Superliqasında "Gençlerbirliği" ilə görüşü zədə səbəbindən buraxan "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin vəziyyəti ilə bağlı yeni detallar məlum olub.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, nigeriyalı futbolçu Çempionlar Liqasındakı "Royal Union" qarşılaşmasında da komandasına kömək edə bilməyəcək. Zədəsini bərpa edən Osimhen hazırda fərdi şəkildə, zalda məşqlərlə kifayətlənir.

Bununla belə, onun Superliqanın XIV turunda keçiriləcək "Fənərbağça" - "Qalatasaray" derbisində oynayıb-oynamayacağı hələ də dəqiqləşməyib.

Xatırladaq ki, mövsümün ən gözlənilən qarşılaşmalarından biri olan derbi dekabrın 1-də "Fənərbağça"nın stadionunda baş tutacaq.

Hüseyn


Etiketlər:  Osimhenlə ilə bağlı Qalatasaraya xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ