Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya bu toydan danışır - Məşhurlar axın etdi - FOTO

Dünya bu toydan danışır - Məşhurlar axın etdi - FOTO

Tarix: 24 Noyabr 2025 13:50

Hindistanın Udaypur şəhərində Netra Mantena ilə sahibkar Vamsi Gadirajunun toy mərasiminə start verilib.

Sonxeber.net xəbər verir ki, Netra Mantena ABŞ-da fəaliyyət göstərən "Ingenus Pharmaceuticals" şirkətinin baş direktoru Rama Raju Mantenanın qızıdır. Vamsi Gadiraju isə texnologiya sahəsində tanınan uğurlu iş adamıdır.

Mərasimə Cennifer Lopez, Şahrux Xan, Castin Biber, Donald Tramp Jr və bir çox Bollivud ulduzları daxil olmaqla bir sıra məşhur simalar qatılıb.

Bildirilib ki, toy mərasimi bir neçə gün davam edəcək və Udaypurdakı dəbdəbəli saraylarda təşkil olunur. Mərasimin ümumi büdcəsinin 20-35 milyon arasında olduğu ehtimal edilir.


Etiketlər:  Dünya toydan danışır Məşhurlar axın etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ