Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2025 23:52
"Sabah çox maraqlı oyun olacaq. Çalışacağıq ki, bütün gücümüzü ortaya qoyaq"
Sonxeber.net xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında səsləndirib. Futbolçu sabahkı matçda komandasının maksimum nəticə üçün meydanda olacağını vurğulayıb:
"Napoli" güclü komandadır. Bilirik ki, İtaliyada çempion olublar. Çox maraqlı oyun olacaq. Öz oyunumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu nümayiş etdirməkdir. Böyük komandalarla görüşlərdə qələbə də, məğlubiyyət də, heç-heçə də ola bilər. Biz çalışacağıq. Əlbəttə, çətin olacaq. "Napoli" öz meydanında oynayır. Bizim də iddialarımız var. Yeddi xalımız var və bununla göstərdik ki, böyük komandalara qarşı da oynaya bilərik. Ümid edirəm ki, sabah da nəticə qazana bilərik".
Xatırladaq ki, Neapolda keçiriləcək "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlanacaq.