Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı fenomen ifası ilə məşhur pianoçunu VALEH ETDİ - VİDEO

Azərbaycanlı fenomen ifası ilə məşhur pianoçunu VALEH ETDİ - VİDEO

Tarix: 25 Noyabr 2025 10:05

Məşhur pianoçu Emil Reinert azərbaycanlı uşaq influenser Nəfəs Hüseynova ilə bağlı paylaşım edib

Dünyaca tanınmış pianist Emil Reinert (Emilio Piano) Bakıda çəkilmiş maraqlı görüntülərlə bağlı sosial şəbəkədə paylaşım edib.

Sonxeber.net xəbər verir ki, pianoçu şəxsi "Instagram" hesabında azərbaycanlı uşaq influenser Nəfəs Hüseynova (Neafeas) ilə birgə videosunu yayımlayıb.

O bildirib ki, Bakıda parkda piano ifa etdiyi vaxt Nəfəs ona yaxınlaşıb və "Pretty Little Baby" mahnısını səsləndirməsini xahiş edib:

"Bu gün Azərbaycanda parkda piano çalırdım. Balaca bir qız yaxınlaşıb məndən 'Pretty Little Baby' mahnısını ifa etməyimi istədi. Heç kim onun qəfil oxumağa başlayacağını gözləmirdi. Səsi həm çox gözəl, həm də çox şirin idi. Sonradan bildim ki, cəmi dörd yaşındadır və sosial şəbəkələrdə artıq böyük izləyici kütləsi var", - deyə Emil Reinert bildirib.

Qeyd olunub ki, sözügedən video qısa müddətdə 4 milyon "like" toplayıb.

Hüseyn


Etiketlər:  Azərbaycanlı fenomen ifası ilə məşhur pianoçunu VALEH ETDİ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ