Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hibrid və elektrikli maşınlara güzəşt barədə rəsmi açıqlama

Hibrid və elektrikli maşınlara güzəşt barədə rəsmi açıqlama

Tarix: 25 Noyabr 2025 10:56

Vergi Məcəlləsinə ediləcək növbəti dəyişikliklər paketi Milli Məclisdə müzakirəyə çıxarılıb. Yeni paketdə elektro və hibrid avtomobillərin ƏDV-yə cəlb olunması diqqət çəkən məsələlərdəndir.

Sonxeber.net xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov APA-ya açıqlayıb ki, 2019-cu ildən idxal olunan elektrik avtomobillər, 2022-ci ildən isə hibrid avtomobillər ƏDV-dən azad edilib. Bu güzəştlər ölkədə elektrik və hibrid avtomobillərə marağı artıraraq avtomobil parkının yenilənməsinə müsbət təsir göstərib.

İmanov bildirib ki, yerli istehsalın artırılması və gələcəkdə elektrik və hibrid avtomobillərin ölkədə istehsalının planlaşdırılması vergi siyasətində dəyişiklikləri zəruri edir. Belə ki, yerli istehsal edilmiş elektrik və hibrid avtomobillərin ƏDV-dən azad edilməsi 2026-cı ildən davam etdiriləcək. Eyni zamanda, yığımı tam başa çatmamış elektrik mühərrikli avtobusların idxalı da 2027-ci ilədək ƏDV-dən azad olacaq.

Dövlətin bu addımı yerli sənayenin inkişafını, daxili bazarın qorunmasını və yaşıl iqtisadiyyatın dəstəklənməsini hədəfləyir.


Etiketlər:  Hibrid elektrikli maşınlara güzəşt barədə rəsmi açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ